EN

Təyyarə qəzasında həlak olan Milli Aviasiya Akademiyasının tələbəsi evin tək UŞAĞI İMİŞ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğraması nəticəsində təyyarədə Sumqayıt vətəndaşı 20 yaşlı Mahmud Tutunçiyev də olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.
O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:
"Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm"- o bildirib.
Ətraflı süjetdə:
Chosen
26
50
oxu.az

10Sources