EN

"TikTok" əməliyyatlarında saxlanılan dörd nəfər həbs edildi: Aralarında Azər Zahid də var

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi "TikTok" əməliyyatları nəticəsində saxlanılan 4 nəfər həbs edilib...

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internetdə onlayn qumar oyunlarının təşkili ilə bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işi çərçivəsində bu əməllərdə təqsirli bilinən Azər Zahid, onun köməkçisi Rövşən Təhməzov, həmçinin Emin və Rəşad Abdullayev qardaşları həbs olunublar.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə onlara 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

***

"TikTok"da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

Polisdə aparılan istintaqla ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "TikTok" əməliyyatı ilə bağlı bir neçə nəfər saxlanılıb.

Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Poliqon.info

 

Chosen
22
17
poliqon.info

10Sources