Bakı. Trend:
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauşəhərində qəzaya uğramasından sonra 14 Azərbaycan vətəndaşı sağqalıb.
Trend QazaxıatanKİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziriMarat Karabayev bu gün keçirilən brifinqdə deyib.
“Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan23-ü həlak olun, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlarsağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-siölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olun, onlar həlakolublar”, - deyə nazir bildirib.
O həmçinin hər iki pilotun həlak olduğunu qeyd edib.
“Digər 3 ekipaj üzvü sağ qalıb”, - M.Karabayeb bildirib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.