EN

Təyyarə qəzasına düşənlərin yaxını: "Gəlmişdim qarşılayım, amma xəbər yoxdur"

Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsinin yaxınları faciə ilə bağlı BakuTV-yə danışıblar.

"Mən əmimi qarşılamağa gəlmişdim. Hadisədən bir neçə saat sonra bildim ki, o sağdır. Elə bilirdim ölüb. Sağ olduğunu biləndə keçirdiyim hisləri ifadə edə bilmirəm", - deyə sərnişinlərdən birinin yaxını bildirib.

"İki doğma bacım Bakıdan Qroznıya uçurdular. Birinin qızı, o birinin də oğlu burada yaşayır. Qonaq gəlmişdilər. Sonuncu dəfə təyyarəyə minəndə mesaj yazmışdılar. Sonra bizə dedilər ki, təyyarə Vladiqafqaz, daha sonra Mahaçqala, sonra isə Aktau hava limanına enəcək. Anladıq ki, təyyarədə nə isə problem var", - qəza qurbanlarının yaxını BakuTV-yə danışıb.

Daha ətraflı BakuTV-in süjetində:


Mənbə: oxu.az

Chosen
6
5
oxu.az

10Sources