EN

AB-nin 12 ölkəsi Ukrayna səbəbindən son dərəcə aşağı doğum nisbəti problemi ilə üzləşib

Aİ-nin 12 ölkəsində Ukraynadakı münaqişə səbəbindən doğum səviyyəsi son dərəcə aşağıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times (FT) Almaniya Federal Statistika İdarəsinə istinadən məlumat yayıb.

“2023-cü ildə Almaniyada doğum nisbəti bir qadına 1,35 uşağa düşüb, bu da BMT-nin “ultra aşağı” həddi olan 1,4 səviyyəsindən aşağı olub. Belə bir ssenaridə doğum nisbətinin azalmasını geri qaytarmaq çətin olacaq”, – deyə məlumatda qeyd olunub.

Məqalədə qeyd olunur ki, Estoniya, Avstriya, İspaniya, Yunanıstan və İtaliyada da doğum səviyyəsi aşağı düşüb.

Doğuş səviyyəsinin həddən artıq aşağı olmasının səbəbi inflyasiyanın artması, eləcə də iş yerlərini itirmək qorxusu kimi müəyyən edilib.

Chosen
58
31
nocomment.az

10Sources