EN

Qəzada ölən 20 yaşlı Mahmud evin yeganə övladı idi - FOTO


Bu gün Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan Mahmud Tütünçiyev Qroznıya səyahət məqsədilə səfər edirmiş.

Bu barədə Bakupost.az -a yaxınları bildirib.

"Mahmud tələbə idi. Qroznıya 10 günlük səyahətə gedirdi. Əmisi orada yaşayır. Yeni ili onlarla keçirmək istəyirdi", - deyə mərhumun yaxınları bildirib.

Qeyd edək ki, 20 yaşlı Mahmud Tütünçiyev Bakı Avrasiya Universitetinin 2-ci kurs tələbəsi və evin yeganə övladı idi.

Zaur, BakuPost


Chosen
805
bakupost.az

1Sources