EN

Reanimasiyada olan 3 nəfər istisna olmaqla yaralıların vəziyyəti yaxşıdır - Kəmaləddin Heydərov

Bakı. Trend:

Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğramasınəticəsində yaralananlarln vəziyyəti, reanimasiyada olan 3 nəfəristisna olmaqla, yaxşıdır.

Trend xəbər verirki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərəaçıqlamasında deyib.

“Nəqliyyat naziri ilə hadisə yerində olduq. Daha sonrayaralılara baş çəkdik. Gördüyümüz yaralıların vəziyyəti,reanimasiyada olan 3 nəfər istisna olmaqla, yaxşıdır. Həlakolanların kimliyi müəyyən edildikdən sonra, onların cənazələriAzərbaycana gətiriləcək. Yaralıların Azərbaycana gətirilməsihəkimlərin məsləhətinə əsasən psixoloji durumları ilə əlaqədar bugün həyata keçirilmıdi. Yüngül yaralılar yəgin ki, yaxın günlərdə,bəlkə də sabah və ya o biri gün ölkəyə gətiriləcək”, - deyə nazirbildirib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycanvətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb.Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3nəfər sağ qalıb.

Məqalədə:
Chosen
36
2
az.trend.az

1Sources