EN

“Embraer” şirkəti təyyarə qəzası ilə bağlı kömək etməyə hazır olduğunu açıqlayıb

Təyyarə istehsal edən “Embraer” şirkəti Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı səlahiyyətli qurumlarla əməkdaşlığa hazır olduğunu bildirib.

Bu barədə Musavat.com şirkətin bəyanatına istinadən xəbər verir.

“Bu hadisədən zərərçəkmişlərin ailələrə, dostlara, iş yoldaşlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti izləyirik və səlahiyyətli orqanlara dəstək verməyə tamamilə hazırıq”, - məlumatda vurğulanıb. 

 

Musavat.com

Chosen
6
50
musavat.com

10Sources