EN

Təyyarə qəzasının 13 yaşlı qurbanı Məhəmmədəli

13 yaşlı Məhəmmədəli Fərid oğlu Eqanov qəza nəticəsində həyatını itirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yeniyetmənin sinif yoldaşları sosial şəbəkədə paylaşım ediblər. Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8 d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyyətcə çeçendir.

13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş. Məlumata görə, Məhəmmədəli ilə birgə təyyarədə heç bir yaxını olmayıb.

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində baş verən qəza nəticəsində 38 nəfər həlak olub, 29 sərnişin isə yaralanıb.

Chosen
15
18
bakivaxti.az

10Sources