EN

Nazirlərdən TƏCİLİ QARA QUTU açıqlaması, pilotların ŞOK DİALOQLARI - NƏLƏR BAŞ VERİR?

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “AZAL”a məxsus “Embraer” təyyarəsinin qara qutuları haqqında açıqlama verib.

Onun sözlərinə görə, qara qutuların oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək.

VÇK-OGPU tərəfindən "Bakı-Qroznı" reysi ekipajının Qroznı dispetçeri ilə apardığı danışıqların stenoqramından parçalar yayımlanıb.

Milli.Az bildirir ki, ekipaja dəfələrlə Qroznıda eniş etməyə icazə verilməyib, daha sonra GPS nasaz olub.

Təyyarə Bakıya yönəlmək qərarına gəldikdə isə pilot güclü bir zərbə haqqında məlumat verib. Əvvəlcə o, təyyarənin quş sürüsü ilə toqquşduğunu düşünürdü. Daha sonra təyyarənin idarəetməsi və hidravlikası nasaz olub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Chosen
16
1
musavat.com

2Sources