EN

Azərbaycanda dekabrda baş verən təyyarə qəzaları - Siyahı

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb.

Ölkə.Az xəbər verir ki, 38 nəfərin öldüyü, 29 nəfərin yaralandığı bu dəhşətli hadisə daha əvvəl baş verən təyyarə qəzalarını gündəmə gətirib.

Azərbaycana məxsus təyyarələr müxtəlif illərdə dekabr ayında 3 dəfə qəzaya uğrayıb.

Ölkə.Az həmin hadisələri təqdim edir:

İlk dəfə 1995-ci ilin 5 dekabrında sərnişin təyyarəsi qəzaya uğrayıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən "Tu-134" sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. 

Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.

Bu hadisə Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası  kimi qiymətləndirilir.

Həmin hadisədən 10 sonra 2005-ci ilin 23 dekabrında AZAL-a məxsus “An 140-100” təyyarəsi Heydər Əliyev adına hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən “An 140-100” təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.

Dekabrda baş verən üçüncü təyyarə qəzası isə 19 il sonra - ötən gün qeydə alınıb.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Hadisə nəticəsində ümumilikdə 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sağ qalanlardan 14-ü Azərbaycan, 3-ü Qırğızıstan, 8-i Rusiya, 1-i Çeçenistan vətəndaşıdır. 3 nəfərin isə hansı ölkənin vətəndaşı olması barədə dəqiq məlumat yoxdur.

Ötən gün baş verən qəzanın səbəbləri hələlik məlum deyil. Təyyarənin qara qutusu tapılıb. Hadisənin səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır, orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək.

Billurə Yunus

Chosen
6
1
olke.az

4Sources