EN

Qroznı üzərində J28243 reysinin cıhazlarına kənar müdaxilə

Təyyarənin real vaxt rejimində monitorinqini həyata keçirən "Flightradar24" tədbiqi AZAL-ın J28243 reysinin qəzaya uğraması haqda bəyanat yayıb.

Bəyanatda deyilir:

"Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayan J28243 reysi Azərbaycan Hava Yollarına məxsus 4K-AZ65 dövlət nömrə nişanlı "Embraer ERJ-190" təyyarəsi olub. J28243 Bakıdan UTC vaxtı ilə saat 03:55 -də qalxıb və Qroznıya yola düşüb.

Təyyarə Qroznı ərazisində güclü GPS tıxanması və saxta məlumat ilə üzləşib və bu, onun yanlış ADS-B məlumatlarını ötürməsinə səbəb olub.

04:40 UTC-də biz ADS-B siqnalını itirdik. UTC vaxtı ilə 06:07 -də biz ADS-B siqnalını yenidən qəbul etdik UTC vaxtı ilə saat 06:28  kəsilməsinədək ".

UTC (Universal Time Coordinated) – universal əlaqələndirilmiş vaxt. Bakı vaxtı -UTC+3-dür

Chosen
34
anspress.com

1Sources