EN

Şaxta baba papağı taxıb məscidi yandırdılar


Rusiyanın Moskva vilayətində Naməlum şəxslər məscidi yandırmağa cəhd ediblər.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Serpuxov şəhərində baş verib. Yanğın törədənlərdən birinin əynində Şaxta baba papağı olub.

Dekabrın 24-də axşam saatlarında polisə yanğınla bağlı siqnal daxil olub. Puşeçnaya küçəsindəki məscidin divarında his izləri, yaxınlıqda isə bir neçə qırıq və bütöv şüşə butulkalar yatıb.

Polis müşahidə kameralarını yoxlayıb və 20-25 yaşlarında iki naməlum kişini müəyyən edib. Gənclər hasarın üstündən keçərək dəmiryol relslərinə tərəf qaçıblar. Onlardan birinin başında Şaxta baba papağı olub.

Əməliyyatçılar hadisə yerindən iki ədəd hazır “Molotov kokteyli” aşkar ediblər. Məlumata görə, əmlakın qəsdən məhv edilməsi ilə bağlı cinayət işi açılıb.

İsti izlərlə şübhəliləri saxlamaq mümkün olmayıb.



Chosen
15
1
news24.az

2Sources