EN

"Ora Rusiya zərbələrinin hədəfi olacaq" - Lavrovdan SƏRT AÇIQLAMA

“Yaranan təhdidlərdən asılı olaraq, Kiyevdəki qərar qəbuletmə mərkəzləri Rusiyanın zərbələri üçün hədəf ola bilər”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

O qeyd edib ki, Moskva heç vaxt mülki hədəflərə hücum etmir:

 

“Biz Ukrayna ərazisində məhv etmək üçün hədəfləri yalnız Rusiya Federasiyasına gələn təhdidlərə əsaslanaraq seçirik. Bunlar hərbi obyektlər, müdafiə sənayesi müəssisələri, Kiyevdəki qərar qəbuletmə mərkəzləri ola bilər. Amma mülki məqsədlə nəsə etmək bizim qaydalarımızda yoxdur. Qərbin dəstəyi ilə Kiyevdə məskunlaşan nasistlər və onları silahla təmin edənlər sırf mülki infrastrukturu və mülki insanları məhv edirlər”.

 

Lavrov Kiyevin hər gün pilotsuz təyyarələr və Qərb raketləri ilə açıq-aşkar mülki hədəflərə zərbələr endirdiyinə diqqət çəkib. “Mülki əhali ölür, təcili yardım maşınları, məktəblər, xəstəxanalar, əmtəə bazarları və digər mülki obyektlər hücuma məruz qalır”, -  XİN rəhbəri əlavə edib.

 

O, fikirlərini bu cür davam etdirib:  “Nə qədər ki, Kiyev rejiminin bu davranışı davam edəcək, biz cavab verəcəyik. Bu cür davranışlar sadəcə olaraq təşviq edilməyib, əksinə, Qərb, o cümlədən Fransa tərəfindən istiqamətləndirilib”.

 

Günay 


 

Chosen
15
sfera.az

1Sources