EN

Qırğızıstanın xarici işlər nazirinin müavini Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib

Bişkek. Trend:

Qırğızıstanın xarici işlər nazirinin müavini Aybek Moldoqaziyevöz və Qırğızıstan Xarici İşlər Nazirliyi adından AZAL-a məxsustəyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlakolanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Bu barədə Trend nazirliyəistinadən məlumat yayıb.

Bildirilir ki, nazir müavini Azərbaycanın Qırğızıstandakısəfirliyini ziyarət edib və qəza qurbanları ilə bağlı başsağlığıkitabına qeyd yazıb.

O, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığıverdiyini, zərərçəkənlərə isə tezliklə sağalmağı arzuladığınıbildirib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Chosen
3
47
az.trend.az

10Sources