EN

Nazir müavini: Yaralılara Qazaxıstanda yüksək peşəkər tibbi yardım göstərilib

Yaralılara Qazaxıstanda yüksək peşəkər tibbi yardım göstərilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.

O bildirib ki, xəsarət alanlardan yeddi nəfər Bakıya gətirilib: “Daha yeddi xəsarət alan da Bakıya gətiriləcək. Biz müalicə və müayinəyə hazırıq”.

Nazir müavinin sözlərinə görə, yaralılar arasında vəziyyəti ağır olanlar da var: “Xəsarət alan uşağın vəziyyəti isə orta ağırdır. Vəziyyəti ağır olan üç nəfər hazırda Aktau şəhərindədir".

O bildirib ki, hazırda gətirilən bəzi şəxslərin vəziyyəti orta ağırdır.

İ.Qasımovun sölzərinə görə, evakuasiya riski olmayacağı təqdirdə, Qazaxıstandakı yaralılar Bakıya gətiriləcək./report

Chosen
12
1
bakivaxti.az

2Sources