EN

Aktauda qəzaya uğrayan təyyarənin qara qutuları mütəxəssislər gəldikdən sonra deşifrə olunacaq - Nazir müavini

Bakı. Trend:

Sabah ekspertlər Aktauda qəzaya uğrayan təyyarənin qaraqutularının məlumatlarını deşifrə etmək üçün Qazaxıstanagələcəklər.

Trend QazaxıstanKİV-lərinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyatnazirinin müavini Talqat Lastayev Aktauda keçirdiyi brifinqdədeyib.

"Bütün ölkələrin əməl etdiyi bir alqoritm və standartlar var.İndi fraqmentlərin və detalların toplanması prosesi gedir.Təyyarəni istehsal edən ölkə Braziliyanın, eləcə də havadaşıyıcısının nümayəndələri də daxil olmaqla, ekspertlər sabahgələcək. Onlar gəldikdən sonra məlumatların şifrəsini necə açmaqbarədə qərar veriləcək. Bu qurulmuş alqoritmdir", - nazir müavinivurğulayıb.

Nazir müavini qeyd edibki, əvvəlcə təyyarə qəzasını araşdırmaqüçün komissiya yaradılacaq. Məhz bu komissiya bütün mövcudməlumatlar və şərait əsasında qara qutularla işləmək barədəqərarlar qəbul edir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonraxəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər AzərbaycanRespublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır.

Chosen
19
3
az.trend.az

4Sources