EN

Təyyarə qəzasında atasını itirdiyindən xəbərsiz olan uşaq yas çadırının ətrafında oynayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Təyyarə qəzasında həyatını itirənlərdən iki nəfəri Bakının Əmircan kəndinin sakinləridir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Əmircan qəsəbəsində iki ailə yaxınlarının cənazəsini gözləyir.
Onlardan biri Rəşad Əhmədovun ailəsidir. Qardaşı İmran Əhmədova hadisəni qohumları xəbər verib. O deyir ki, hələ də hadisənin şokundan çıxa bilmirlər.
Faciədə həlak olanlardan biri də Əmircan sakini Faiq Mustafayevdir.
Onun üçün qurulan yas çadırının ətrafında balaca bir oğlan uşağı oynayır.
Dünyadan xəbərsiz, bu balaca oğlan atasının cənazəsini gözləyir.
Ətraflı süjetdə:
Chosen
17
4
oxu.az

5Sources