EN

İsrailin Rusiya ilə bağlı qərarı: UÇUŞLAR DAYANDIRILSIN!

İsrailin "El Al" aviaşirkəti təyyarənin Qazaxıstanda qəzaya uğramasından sonra Rusiyanın paytaxtı Moskvaya uçuşları ləğv edib
 
Moderator.az xəbər verir ki, İsrailin "El Al" aviaşirkəti Azərbaycan təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra gələn həftə Moskvaya uçuşları təxirə salıb. Yerli KİV-in məlumatına görə, El Al hadisə ilə əlaqədar Moskvaya reyslərini ləğv etmək qərarına gəlib.
 
Ləğv qərarının dünən Azərbaycan təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra verildiyi bildirilib. Hadisədən sonra təhlükəsizlik tədbirləri və uçuş marşrutları ilə bağlı qiymətləndirmələr aparılsa da, El Al-ın Moskva uçuşlarının yenidən planlaşdırılıb-qaytarılmayacağı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
 
Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus Embraer 190 tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
 
AZAL təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfərin olduğunu açıqlayıb.
 
Qəza nəticəsində 38 nəfərin öldüyü, 29 nəfərin sağ qaldığı bildirilib.
 
Təyyarənin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qaldığı iddia edilib və AA-ya danışan Azərbaycan rəsmiləri bu iddiaları təsdiqləyiblər.
Chosen
9
50
moderator.az

10Sources