EN

Qəzanın detallarını AÇIQLANDI

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri Dmitri Yadrov dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğramasının detallarını açıqlayıb. 

Redaktor.az “Kommersant”a istinadən xəbər verir ki, Yadrov təyyarənin uçuşu zamanı Qroznı səmasında vəziyyət çətin olduğunu bildirib. 

“Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları ilə hücuma görə Qroznıda “Ковер” planı tətbiq edilib, bundan əlavə, hava limanında sıx duman müşahidə edilirdi. Hava gəmisinin komandiri təyyarəni endirməyə iki dəfə uğursuz cəhd edib. Ona digər hava limanlarında yerə enmək təklif edilsə də, o, Aktauya getməyə qərar verdi”, - deyə Yadrov qeyd edib. 

Onun sözlərinə görə, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmada Azərbaycan və Qazaxıstana hərtərəfli dəstəyi göstərəcək.

Chosen
15
1
redaktor.az

10Sources