EN

Türk generalı: "Müharibə mühiti olmadığı təqdirdə belə bir hadisənin baş verməsi..." 

 Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib.  Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi  isə böyük sualdır.
 
 
 
Mövzu ilə bağlı türk generalı Yücel Karauz Moderator.az -a danışdı. 
 
"Hesab edirəm ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması adi bir hadisə deyil. Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəyə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. 
 Bu məsələ beynəlxalq səviyyədə öz həllini tapmalıdır. Sözügedən hadisə Müstəqi Dövlətlər Birliyi təşkilatı tərəfindən müzakirə edilməli, verilən qərar barədə həm Azərbaycan xalqına, həm də dünyaya aydınlıq gətirməlidir. İkinci əsas məsələ isə Rusiya Azərbaycan xalqından üzr istmələlidir. Bu cür hadisələrin sonu acı da olsa nəticəsi mümkündür. Rusiya ilə Azərbaycan arasında müharibə mühiti olmadığı təqdirdə belə bir hadisənin baş verməsi normal deyil. Bu hadisə baş veribsə Rusiya Azərbaycandan üzr istəməlidir. Çünki bu sadə bir qəza hadisəsi deyil. Digər  tərəfdən hadisə zamanı həyatını itirən  Azərbaycan vətədaşlarına və digər vətəndaşlara, AZALA təzminat ödənilməlidir. Azərbaycandan Rusiyaya hazırda 13 hava limanına edilən uçuşlar məhdudlaşdırıldı. 7 - resyin uçuşu dayandırıldı.
 
Onu da qeyd edim ki, təkcə Azərbaycan deyil o bölgəyə uçan təyyarələr təhlküə  altındadır. Bu dronları təsbit etmək üzrə hazırlanmış olan hava müdafiə sistemləri dostu düşməni ayırd edə bilmək qabiliyyətinə malikdir. Hadisədə araşdırmaların aparılması və nəticəsi ictimai səsvermədə müzakirə edilməlidir. Hadisədə bilinməyən heç nə yoxdur. Rusiya hadisə barədə qərar versə də verməsə də hər şey ortadadır. Zaman qazanmağa çalışmanın bu insanların, xalqın duyğularını, acısını daha da artırmanın Ryusiyaya heç bir faydası olmayacaq.  Buna görə də Rusiya dövlət səviyyəsində üzr istəməlidir". 
 
Chosen
24
moderator.az

1Sources