EN

Azərbaycanın Kubadakı səfirliyində xatirə kitabı açılıb

Bakı, 28 dekabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları”na məxsus Bakı–Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı Azərbaycanın Kubadakı səfirliyində dövlət bayrağı yarıya endirilib və başsağlığı kitabı açılıb.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Kubanın dövlət rəsmiləri, xarici dövlətlərin bu ölkədə akkreditdə olunmuş diplomatik missiyalarının nümayəndələri, həmçinin, vaxtilə Azərbaycanda təhsil almış kubalılar Havanada Azərbaycan səfirliyinə gələrək başsağlığı verir və xatirə kitabına ürək sözlərini yazırlar.

Bununla yanaşı, hadisə baş verən gün Kubanın yüksək səviyyəli rəsmiləri Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
78
14
azertag.az

10Sources