EN

Yaponiyada zəlzələ oldu

Yaponiyanın Honşu adasının sahillərində 5,1 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Fukusima prefekturasına yaxın olub, zəlzələnin ocağı isə 40 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Chosen
7
7
qafqazinfo.az

10Sources