EN

Baş nazir Qazaxıstan səfirliyində olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyində olub.

Nazirlər Kabinetindən bildirilib ki, Ə.Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Ə.Əsədov və A.Bayel Azərbaycan və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birilərinə və həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ifadə ediblər, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.

Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olunub.

XQ

Chosen
2
50
xalqqazeti.az

10Sources