EN

Bakıda kommunal xidmət göstərəcək nəqliyyat vasitələri - VİDEO

Xəbər verdiyimiz kimi, Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

News365.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına nəqliyyat vasitələrinin texniki göstəriciləri və imkanları barədə məlumat verib.

Bildirilib ki, burada “İVECO” və “Dong Feng” şirkətlərinin istehsalı olan müxtəlif kommunal işlər üçün nəzərdə tutulan nəqliyyat vasitələri və texnikalar var. Nəqliyyat vasitələrinin əksəriyyəti tam elektrikli olmaqla ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan çalışır.

News365.az haqqında danışılan nəqliyyat vasitələrinin görüntülərini təqdim edir:

Chosen
5
13
news365.az

10Sources