Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərəcək.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Bildirilir ki, qəzanın təhqiqat komissiyası Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin standartları əsasında qara qutuların Braziliya istintaq mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
10Sources
-
hokm.az“Qara qutu”ların dekodlanmasına başlanıldı ( 14580659)
-
apress.az“Qara qutu”ların dekodlanmasına başlanıldı ( 14580657)
-
cebheinfo.azBraziliya açıqladı: “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” ( 14579645)
-
sportinfo.azBu ölkədə “qara qutu”ların dekodlanmasına başlanıldı ( 14577789)
-
azadmedia.azBraziliyada AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının oxunmasına başlanılıb » AzadMedia.az ( 14576547)
-
xezerxeber.azAZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları açılıb VİDEO ( 14574477)
-
sia.az“Qara qutu”ların dekodlanmasına başlanıldı ( 14573399)
-
tribunainfo.az“Qara qutu”ların dekodlanmasına başlanıldı ( 14573317)
-
milliyol.azBraziliyada AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının oxunmasına başlanıldı ( 14573017)
-
azertag.azBraziliyada AZAL-ın təyyarəsinin “qara qutu”larının açılmasına başlanılıb ( 14572877)