“Air Canada Express” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş şassisi problemi səbəbindən “xeyli” məsafəni sürüşüb.
Publika.az xəbər verir ki, bu barədə CNN şirkət nümayəndəsinə istinadla məlumat yayıb.
Hadisə Yeni Şotlandiyadakı Halifax-Stanfield hava limanında baş verib. De Havilland DHC-8-402, AC2259 reysi St John's-dan gedirdi. Təyyarədə 73 nəfər olub.
“Air Canada Express”in nümayəndəsinin sözlərinə görə, hadisəyə səbəb eniş şassilərində problemlər olub. Təyyarə terminala çata bilməyib, nəticədə sərnişinlər avtobusla hava limanına aparılıb.