ABŞ Prezidenti Cozef Bayden keçmiş dövlət başçısı Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini matəm günü elan edib.
Moderator.az xəbər verir ki, bu, Ağ evin saytında dərc edilmiş bəyanatda qeyd olunub.
“Kədərimizi bölüşən bütün dünya insanlarını bizə qoşulmağa dəvət edirəm”, – bəyanatda deyilib. Sənədə əsasən, ölkə daxilində və xaricində dövlət müəssisələrindəki milli bayraqlar 30 gün müddətinə endiriləcək.