EN

“Rusiyanın bu şəkildə getməsini istəmirik”

Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın iki ölkə arasındakı münasibətlərə ziyan vuraraq respublikanı tərk etməsini istəmir.

KONKRET.az axar.az-a istinadən bildirir ki, bunu Suriyanın yeni hökumətinin başçısı Əhməd əş-Şara (Colani) deyib.

“Suriyanın Rusiya ilə strateji maraqları var. Biz Rusiyanın Suriya ilə münasibətlərinə uyğun gəlməyən bir şəkildə getməsini istəmirik”, – Əş-Şara bildirib.

Qeyd edək ki, Rusiyanın Suriyadakı iki mühüm hərbi bazasının taleyinə hələ də aydınlıq gətirilməyib.

Chosen
53
4
konkret.az

5Sources