EN

Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq

Sergen Yalçın yenidən Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi olacaq.

Bu barədə yerli "Sözcü" nəşri məlumat yayıb.

"Ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. S.Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.

"Cebheinfo.az"

Chosen
82
13
cebheinfo.az

10Sources