EN

Güclü zəlzələ oldu

ABŞ-nin Kaliforniya ştatında 4,7 maqnitudalı zəlzələ olub.

Söz.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Məlumata görə, yerli vaxtla 18:34-də (Bakı vaxtı ilə 06:34) qeydə alınmış yeraltı təkanların episentri regionun Kobb yaşayış məntəqəsindən 4 km şimal-qərbdə olub.

Qeyd olunub ki, təbiət hadisəsinin ocağı 1,1 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.


Chosen
63
5
soz.az

7Sources