Britaniyada É™n uzun müddÉ™t davam edÉ™n itkin düşmüş iÅŸlÉ™rdÉ™n biri açılıb.Â
52 il əvvəl Koventridə itkin düşən Şeyla Foks polisin yeni çağırışından sonra sağ-salamat tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, 1972-ci ildə 16 yaşında yoxa çıxan Şeyla Foksun hazırda 68 yaşı var və ölkənin başqa bir yerində yaşayır.
O zaman Vest Midlands polisi Foksun ailəsi ilə yaşadığını və bir kişi ilə münasibətdə ola biləcəyini bildirərək gənc qızın bölgəni tərk etmiş ola biləcəyi ehtimalını nəzərdən keçirirdi.
Bazar günü Vest Midlands polisi uzun illərdən sonra Foksu tapmaq üçün yeni bir müraciət yayıb. Polis sosial media hesablarında və internet səhifələrində onun itkin düşdüyü vaxtdan foto paylaşaraq qısa zamanda ictimaiyyətdən məlumat alıb. Çərşənbə günü verilən açıqlamada Şeyla Foksun sağ və sağlam olduğu açıqlanıb.
Polis sözçüsü açıqlamasında deyib: "Biz Vest Midlands polis tarixində ən uzun müddətdir itkin düşən şəxslə bağlı araşdırmalardan birinin yekunlaşdığını elan etməkdən məmnunuq. Onun yoxa çıxdığı vaxta aid fotonu ictimaiyyətlə paylaşdıq və saatlar sonra aldığımız məlumatla on sağ olduğunu öyrəndik".
Detektiv Jenna Şou: "Biz əlimizdə olan bütün sübutları araşdırdıq və Şeylanın fotosunu tapa bildik. Biz kiçik bir komanda ilə işləyirik və ictimaiyyətin köməyi ilə bu işi həll etməyə müvəffəq olan detektiv Şaun Reevenin işini xüsusilə qeyd etmək istərdim. Hər bir itkin insanın bir hekayəsi var və onların ailələri və dostları bu hekayəni bilməyə və mümkünsə yaxınlarına qovuşmağa layiqdirlər" deyib.