EN

“Yunayted”i gözləyən təhlükə: 1 milyardlıq müqavilə ləğv edilə bilər

“Mançester Yunayted” İngiltərə Premyer Liqasını tərk edərsə, idman geyimləri və ayaqqabı istehsalçısı “Adidas”la əsas sponsorluq müqaviləsini itirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ümumi məbləği 900 milyon funt-sterlinq (hazırkı məzənnə ilə 1,088 milyard avro) olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, “Mançester Yunayted” İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, şirkət müqaviləni ləğv etmək hüququna malikdir. Bildirilir ki, “qırmızı şeytanlar” Çempionşipə düşərsə, “Adidas”ın ikinci variantı illik ödənişləri iki dəfə azaldaraq 45 milyon funt-sterlinqə salmaqdır.

Chosen
60
3
publika.az

4Sources