Fransada Yeni il gecəsi iğtişaşlar baş verib, naməlum şəxslər minə qədər avtomobili yandırıblar. Fransa mediası yazır ki, insidentlərlə əlaqədar 420 nəfər saxlanılıb, 310 nəfər isə həbsxanaya göndərilib.
“İnsidentlərin əksəriyyəti polislərə və yanğınsöndürənlərə atılmış pirotexniki vasitələr də daxil olmaqla pirotexniki vasitələrdən qeyri-müvafiq istifadə ilə bağlı olub” – Fransanın daxili işlər naziri Bruno Retaio bildirib.
Medianın məlumatına əsasən, ötən il Fransada naməlum şəxslər Yeni il gecəsi 690 avtomobili yandırıblar.
ZÜMRÜD