EN

16 yaşında itkin düşən qız 52 il sonra tapıldı

Britaniyada yarım əsrdən artıq davam edən axtarış nəticə verib.

Publika.az xəbər verir ki, 52 il əvvəl Koventridə itkin düşən Şeyla Foks sağ-salamat tapılıb. 1972-ci ildə 16 yaşında yoxa çıxan qadının hazırda 68 yaşı var və ölkənin başqa bölgəsində yaşayır.

Həmin vaxt Midlands polisi gənc qızın bölgəni tərk etməsi ehtimalını nəzərdən keçirib.

Ötən gün Midlands polisi uzun illərdən sonra Foksu tapmaq üçün yeni axtarışlara başlayıb. Sosial şəbəkədə onun itkin düşdüyü vaxtdan fotosu paylaşılıb. Bunu öz hesablarında və internet saytlarında paylaşan polislər qısa müddətdə ictimaiyyətdən məlumat alıb.

Chosen
96
16
publika.az

10Sources