EN

Aktyor Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub

Ölüm xəbəri yayılan aktyor Azər Baxşəliyev sağdır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

O bildirib ki, xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb.

 

"Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır", - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda onun müalicəsi ATU Tedris Cerrahiyye Klinikasinda davam etdirilir.

Xatırladaq ki, bir müddət əvvəl aktyorun ölüm xəbəri yayılmışdı.

Chosen
50
1
day.az

2Sources