EN

İbrahimoviç Fonsekadan üzr istədi

Məlum olduğu kimi ''Milan'' ''Roma'' ilə oyunun ardından Paulo Fonseka ilə yollarını ayıraraq onun yerinə digər portuqaliyalı Serjio Konseysaonun gətirildiyini açıqladı.

''Football-plus.az'' xəbər verir ki, Fonseka oyunsonrası açıqlamasında rəhbərlik tərəfindən istefaya göndərildiyini jurnalistlərə bildirdi. Çoxlarının fikrincə, ''Milan'' bu məşqçiyə qarşı hörmətsizlik etdi. İstefaya göndərildikdən sonra məşqçinin jurnalistlərin qarşısına çıxardılması düzgün deyildi. Bu arada ''Milan''da idarə heyətinin baş məsləhətçisi kimi çalışan Zlatan İbrahimoviç Fonsekanın istefası və başqa məsələlər haqda danışaraq bunları deyib:

''Fonsekaya gördüyü işlərə və peşəkarlığına görə təşəkkür etmək istəyirəm. Ona böyük hörmətim var. Ancaq sabit nəticələr əldə edə bilmədi. ''Milan''da isə nəticə hər şeydən öndə gəlir. ''Roma'' ilə oyundan sonra onu qovduq və üstəlik mətbuat konfransına göndərdik. Bu mövzuda səsləndirilən tənqidlər haqlıdı. Səhvə yol verdik. Onu jurnalistlərin qarşısına göndərməməli idik. Fonsekadan və fanatlarımızdan üzr istəyirəm. Nəticələrimizin fanatları üzdüyünü bilirik. Azarkeşlərimiz bizim üçün çox dəyərlidi və onlara böyük hörmətimiz var. Bu nəticələr ən azı onlar qədər bizi də narahat edir. Ancaq hədəflərimizə çatmayana qədər dayanmayacağıq. Bu hədəflərdən biri də İtaliya superkubokudu. Məsuliyyət təkcə baş məşqçinin yox, hər birimizin üzərindədi. Konseysaonu hər kəs gözəl tanıyır. Qalib mentalitetinə malikdi və bunu da ''Portu''da göstərdi. Konkret ideyaları olan məşqçidi və ilk gündən çox həvəslə işinə başladı. Bizim də vəzifəmiz onun bütün ehtiyaclarını qarşılamaqdı''.

ƏLİ
Chosen
109
football-plus.az

1Sources