EN

Çin Ukraynaya görə Moskvaya təzyiq edir: dünya savaşı qorxusu

Çin iqtisadi və nüvə riskləri səbəbindən Rusiyaya müharibəni mümkün qədər tez başa çatdırmaq üçün təzyiq göstərməyə çalışır.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Dmitri Suslov bildirib.

O, ölkəsinin hadisələrin gedişatının 3-cü Dünya Müharibəsinə çevrilə biləcəyindən ehtiyat etdiyini bildirib.

“Rusiya tammiqyaslı Üçüncü Dünya Müharibəsini istəmir. "Oreşnik"i sınaqdan keçirərək, o, Avropanın istənilən nöqtəsini, o cümlədən London, Lissabon, Berlin, Varşavanı vurmaq qabiliyyətini nümayiş etdirdi”, - deyə ekspert qeyd edib.

Suslovun fikrincə, Donald Trampın hakimiyyətə gəlişi ilə Rusiya ilə ABŞ arasında münasibətlər daha da pisləşərsə, Ukrayna böhranının 3-cü Dünya Müharibəsinə çevrilməsi riskləri artacaq, eyni zamanda nüvə eskalasiyası qaçılmaz olacaq. Bu da Çinə mənfi təsir edəcək və dünya iqtisadiyyatını çökdürəcək.

Chosen
38
2
publika.az

3Sources