The New York Times yazır ki, Keniyanın Mukuku kəndinə 499 kiloqram ağırlığında kosmik tullantı parçası düşüb.
AzPost xəbər verir ki, səma cisminin düşməsi nəticəsində xəsarət alan olmayıb. Lakin yerli sakinlər əraziyə dəymiş ziyana görə kompensasiya tələb ediblər.
Nəşr bildirir ki , diametri 2,5 metr və çəkisi 499 kq olan parlaq metal obyektin reaktiv daşıyıcının bir hissəsi ola biləcəyi ehtimal olunur.
Tipik olaraq, belə hissələr atmosferdə yanır və ya okeana düşür.
Mütəxəssislər izah edirlər ki, Yer ətrafında orbitdə dağıntıların miqdarı kəskin artdıqca belə hadisələrin sayı artır.
Azpost.info