EN

“Qarabağ” başladı: Juninyo ilə...

"Qarabağ" dünən 2024/25 mövsümünün ikinci yarısının hazırlığına start verib.

"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinin açıqlamasına görə, 2025-ci ilin ilk məşqi “Azersun Arena”da baş tutub.

Futbolçular öncə fitnes hazırlıq keçib, ardınca toplu çalışmaları yerinə yetiriblər. Zədədən sonra komandaya qoşulan Aleksey İsayev, Bəhlul Mustafazadə və Kevin Medina kollektiv hazırlıqlara qatılıblar. Bədavi Hüseynov isə müalicə-bərpa prosesini davam etdirir. "Sevilya"ya keçidi gündəmdə olan Juninyo da düşərgədədi.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-u aralığında keçiriləcək 19-cu turun matçları ilə başlayacaq. "Qarabağ" yanvarın 17-də “Şamaxı” ilə üz-üzə gələcək.

Chosen
53
2
football-plus.az

3Sources