Seko Fofana Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəssr”dən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, “Renn” artıq futbolçunun transferini rəsmən açıqlayıb. Fransa klubu onun üçün Səudiyyə Ərəbistanı təmsilçisinə 20 milyon avro təzminat ödəyəcək. 29 yaşlı yarımmüdafiəçi ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Qeyd edək ki, Fofana Səudiyyə Ərəbistan liqasının tarixinə xaricə ən baha qiymətə satılan futbolçu kimi düşüb.
Seko bu mövsüm “Əl-Nəssr”in heyətində 15 oyun keçirib. O, karyerası ərzində “Fulhem”, “Lans” və “Udineze”də də çıxış edib.