EN

Messi ABŞ prezidenti Baydendən mükafat alacaq

“İnter Mayami”nin hücumçusu Lionel Messi yaxın gələcəkdə ABŞ prezidenti Cozef Baydendən Prezident Azadlıq medalını alacaq şəxslər arasında olacaq.

90deqiqe.Az "Athletic"ə istinadən xəbər verir ki, bu, ABŞ-da ən yüksək mülki mükafatdır. O, müxtəlif sahələrdə, o cümlədən idmanda ABŞ-ın inkişafına mühüm töhfə vermiş şəxslərə verilir.

Bildiyiniz kimi, Lionel Messi 1 il yarımdır ki, MLS-də "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində komanda Liqa Kubokunu və MLS-in müntəzəm mövsümünü qazanıb. Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

Chosen
78
90deqiqe.az

1Sources