EN

"Korrupsioner İvanişvili və onun “Gürcü kabusu” partiyası Gürcüstanı Rusiyanın koloniyasına çevirir"

Moderator.az "Qruziya Onlayn" nəşrinə istinadla xəbər verir ki, ABŞ konqresmeni Stiv Koen (Demokratik Partiya) belə deyib.
 
“Müstəqil müşahidəçilər keçən il oktyabrın sonunda keçirilən seçkilərin kökündən qüsurlu olduğunu təsdiqlədiyi üçün rejim quldurları azad və ədalətli seçkilər tələbi ilə meydana çıxan nümayişçilərə təzyiq göstərir və onları həbs edir. Gürcü xalqı transatlantik yola qayıtmağı tələb edir və biz bu işdə onlara kömək etməliyik.
 
“MEGOBARI Aktı" bu yardımı Putinin marionetlərinə qarşı sanksiyalar tətbiq etməklə təmin edəcək və Gürcüstanın demokratiyası və suverenliyi bərpa olunarsa, münasibətləri dərinləşdirəcək”, - deyə davamında Koen bildirib.
 
Xatırladılır ki, Helsinki Komissiyasının sədri Co Vilson (Respublika Partiyası) ABŞ Konqresinə "MEGOBARI Aktı"nı yenidən təqdim edib.
 
S.Laçın
Chosen
55
35
moderator.az

10Sources