EN

"Şamaxı"dan növbəti transfer

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmamızın sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib. Xatırladaq ki, "Şamaxı" bunadək Cəlal Hüseynovu transfer etmişdi.

Chosen
36
23
football-plus.az

10Sources