EN

Ukrayna ordusu Belqoroda hücum etdi - Ölən və yaralananlar var

Belqorod vilayətində 4 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin (AFU) hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib .

Onun sözlərinə görə, Şebekino şəhərindəki sosial obyektin ərazisinə mərmi düşməsi nəticəsində minik avtomobili yararsız vəziyyətə düşüb. Binalardan birinin şüşələri və elektrik xətti də zədələnib.

Qrayvoronski rayonunun Bezymeno, Belqorod rayonunun Ustinka kəndlərinə pilotsuz təyyarələrin hücumu nəticəsində ölən və yaralananlar var.


Müəllif: Teleqraf.com
Chosen
58
3
teleqraf.com

4Sources