Bakı. Trend:
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti MiryanaSpolyariç Egger Suriyanın paytaxtı Dəməşqə səfər edib.
Trend-in Suriyanınrəsmi Sana agentliyinə istinadən verdiyi məlumata görə, səfərçərçivəsində xanım Spolyariç Egger Suriya keçid hökumətinin başnaziri Məhəmməd əl-Bəşirlə görüş keçirib.
Səfərin ətraflı təfərrüatları açıqlanmasa da, görüşün humanitarməsələlər və bölgədəki vəziyyətin müzakirəsinə həsr olunduğuehtimal edilir.