EN

Dünyanın ən böyük adası müstəqillik tələb edir

Qrenlandiyanın (Danimarkanın tərkibindəki muxtar bölgə) Baş naziri Mute Egede müstəqilliklə bağlı çıxış edib.

“Cebheinfo.az” xəbər verir ki, o, “Tarix və indiki şərtlər göstərdi ki, Danimarka Krallığı ilə əməkdaşlığımız tam bərabərliyin yaradılmasına gətirib çıxarmayıb və biz Danimarka konstitusiyasına bel bağlamaq məcburiyyətində qalsaq, bərabərhüquqlu əməkdaşlıq yaradıla bilməz. Digər ölkələrlə əməkdaşlığımız və ticarət əlaqələrimiz yalnız Danimarka vasitəsilə davam edə bilməz”, - deyə müraciətində deyir.

Son bir neçə il ərzində Qrenlandiya parlamenti və hökuməti "Danimarkadan ayrılmaq üçün əsasımız olan konstitusiyamızı inkişaf etdirmək üçün addımlar atmaq üçün birlikdə çalışdılar",-deyə çıxışlar edir.

Qrenlandiya Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazidir. Sahəsi 2 166 086 km²-dir, dünyanın ən böyük adasıdır. Danimarka artıq üç yüz ildir ki, Qrenlandiyaya nəzarət edir. 1979-cu ildə əraziyə məhdud suverenlik verilib. Danimarkanın keçmiş müstəmləkəsi 21 iyun 2009-cu ildə müstəqilliyini elan edib.

Chosen
47
cebheinfo.az

1Sources