EN

Yunanıstanda 4 günlük matəm elan edildi

Yunanıstanın keçmiş Baş nazirlərindən olan Kostas Simitis 88 yaşında vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kostas Simitisin ölümü ilə əlaqədar Yunanıstanda 4 günlük milli matəm elan edilib.

Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.

Dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri isə dövlət büdcəsindən qarşılanacaq.


Chosen
54
10
qafqazinfo.az

10Sources