“Şirlər” dünən 3-cü futbolçunun transferini açıqladı. Cəlal Hüseynov, Murad Vəliyev və Vüsal Məsimovla yanaşı, şamaxılılar bir neçə yerli futbolçu “gözaltı edib”. Onlardan biri də Ağdadaş Salyanskidi. Lakin Ayxan Abasovun çağırışına əvvəlcə Samir Abasov, sonra isə Ağadadaş özü “yox” deyib. Abbasovun “Neftçi”dən gözünü çəkmədiyi, bir-iki futbolçu ilə də maraqlandığı deyilir.
Maraqlıdı, “Şamaxı” bundan sonra neçə transfer düşünür? Ayxan Abbasovun “Football-plus.az”a cavabı:
“Tək Ağadadaşı yox, bir çox gənc futbolçunu icarəyə götürmək istəmişik. Bunun üçün klublara müraciət də etmişik. Elə olur ki, komandaların həmin futbolçulara ehtiyacı olur. Buna görə təklifimizə isti yanaşmayıblar. Bəzən də oyunçular özləri həmin klublarda qalmaq istəyir. Əlbəttə, güclənmək yolunda işlərimiz davam edir. Cəlal Hüseynov və Murad Vəliyev də bizə qoşulub. İnşallah, üç transfer də etmək istəyirik”.
RÖYANƏ OĞUZ