İranın Kerman vilayətinin Köhnuc şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.